Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”ın qonağı olacaq İspaniyanın “Atletiko” klubu bu gün Bakıya gəlib.
Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi Bakıya gəlmək üçün AZAL-dan çarter reysi sifariş edib. Maraqlıdır ki, AZAL da onlar üçün “Karabakh” adlı “Airbus 340-500” təyyarəsini göndərib. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.