Xəbər verdiyimiz kimi, azərbaycanlı futbolçu Rauf Əliyev Albaniya çempionatında 6-cı tur çərçivəsində “Teuta” üzərində qazandıqları 4:2 hesablı qələbədə xüsusi pay sahibi olub.
Sportarena.az xəbər verir ki, 78-ci dəqiqədə meydana çıxan futbolçumuz qısa vaxt ərzində 2 qol vurmağa nail olub. Lakin onun vurduğu ilk qol bir çox mənbələrdə avtoqol kimi göstərilir. Buna baxmayaraq, o, 90+4-cü dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirən daha bir qol vurub.
Sözügedən matçın videoyazısını təqdim edirik: