AFFA rəsmisi ÇL-in oyununa təyinat aldı

11:50 17 Oktyabr 2017

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, Məmmədov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Rusiya) - "Bazel" (İsveçrə) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.  

 

Qarşılaşma oktyabrın 18-də, Moskva şəhərindəki "ÇSKA Arena"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti