"Neftçi"nin futbolçusu İqnasio Herrera Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə bağlı danışıb.
Sportarena.az xəbər verir ki, o, "Marka"ya açıqlamasında Madrid klubunu çətin oyun gözlədiyini deyib:
"Qarabağ" çox yaxşı komandadır. Onların güclü futbolçuları var. "Qarabağ" "Atletiko"nun işini çətinləşdirəcək".
Qeyd edək ki, İ.Herrera 2008-2009-cu illərdə İspaniyada “Betis”in B komandasında çıxış edib.