Aftandil Hacıyev: "Rəşad Sadıqovu əvəz etməyə həmişə hazırıq"

18:26 18 Oktyabr 2017

“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında “Atletiko” ilə qarşılaşıb. Oyun “köhlən atlar”ın 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın məşqçisi Aftandil Hacıyev matçla bağlı fikirlərini bildirib:

 

“Azərbaycan klubu ilk dəfədi Çempionlar Liqasında iştirak edir. Bu, gənc oyunçular üçün böyük təcrübədi. Belə oyunlar futbolçulardan böyük güc tələb edir. Bizim gənclərimiz indi-indi buna öyrəşirlər. Əvvəlcədən hansı komandaya qarşı oynayacağımızı bilirdik. Qrup mərhələsində oynamaq üçün tam hazır olmasaq da, böyük təcrübə qazanırıq”.

 

“Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov olsa da, onu “Atletiko” ilə qarşılaşmada Hacıyev əvəz edib:

 

“Paltardəyişmə otağında Rəşadla bir yerdə idik. Bu oyuna da bir yerdə hazırlaşmışdıq. Rəşad Sadıqov məşqçiliyə çox həvəslidi. Onu əvəz etməyə həmişə hazırıq. Bu gün də çalışdıq ki, futbolçular onun yoxluğunu hiss etməsinlər. Rəşad axşam "Atletiko"nun əsas komandasına qarşı meydana çıxa bilər. Qərara gəldik ki, fiziki güc sərf etməsin və bu iş mənə tapşırıldı”.


Digər xəbərlər

Xəbər xətti