İspaniyalı hakim: "Qodinin Dinonu yıxdığı açıq-aydın görünür" - FOTO + VİDEO

01:00 19 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” oyununda (0:0) Ağdam klubunun futbolçusu Dino Ndlovunun haqsız yerə meydandan qovulmasına İspaniya mətbuatı da biganə qalmayıb.

Sportarena.az xəbər verir ki, sözügedən epizod haqda “Marca” nəşrinə açıqlama verən keçmiş ispaniyalı hakim Anduxar Oliver görüşün referisinin yalnış qərar qbəul etdiyini deyib:

“İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilir. Ancaq epizodun təkrara baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçırdı və matçın taleyini dəyişdi”.

Qeyd edək ki, oyunun 75-ci dəqiqəsində qonaqların oyunçusu Dieqo Qodin cərimə meydançasında "Qarabağ"ın futbolçusu Dino Ndlovunu yıxsa da, matçın fransalı referisi bunu simulyasiya kimi qiymətləndirərək cənubi afrikalı hücumçunu ikinci sarı vərəqə ilə meydandan qovub.

 

 


Digər xəbərlər

Xəbər xətti