"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində İspaniyanın “Atletiko” klubuna qarşı keçirdikləri oyundan sonra maraqlı paylaşım edib.
Sportarena.az xəbər verir ki, polşalı müdafiəçi komanda yoldaşı - Madrid təmsilçisi ilə matçda qol buraxmamaqla qəhrəmana çevrilən qapıçı İbrahim Şehiçlə “selfie” çəkdirərək, onu tərifləyib:
“Madrid komandası ilə qarşılaşdıq. Şehiç bu gün mağazanı bağlamışdı. Komandaya afərin”.
Xatırladaq ki, "Qarabağ" "Atletiko" ilə qolsuz heç-heçə sayəsində qrup mərhələsində ilk qənimətinə sevinib.