Felipe Luis: "Bakıdan 1 xalla ayrılmaq bizim üçün çox pis nəticədir"

11:50 19 Oktyabr 2017

"Bu qədər anlaşılmazlıq ola bilməz. Məşqdə etdiklərimizi meydanda göstərə bilmirik". 
 

Sportarena.az xəbər verir ki, bu sözləri "Atletiko"nun futbolçusu Felipe Luis Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyundan sonra deyib. Braziliyalı müdafiəçisi İspaniya mətbuata açıqlamasında qolsuz heç-heçənin onlar üçün çox pis nəticə olduğunu bildirib:

"Bizim qarşımıza qoyduğumuz hədəflərimiz var. Amma həmişə "Qarabağ"a qarşı oynadığımız kimi oynasaq, heç nə edə bilmərik. Bakıdan 1 xalla ayrılmaq bizim üçün çox pis nəticədir. Bu oyunu analiz etmək üçün vaxtımız da çox azdır. Niyə belə zəif çıxışetməyimizin səbəbini axtarmalı və nəticə çıxarmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti