İlham Əliyevin köməkçisi: "Qarabağ"ı sıxışdırdılar"

12:56 19 Oktyabr 2017

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov dünən UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Atletiko Madrid" klubları arasında keçirilən oyununda fransız həkimin qərarını şərh edib. 

 

Sportarena.az xəbər verir ki, Məmmədov siyasətdə baş verən proseslərin idmanda da təkarlandığını bildirib:

 

 

 

"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur".

 


Qeyd edək ki, dünən keçirilən görüşdə fransız hakim Rudi Buke 75-ci dəqiqədə "Qarabağ" futbolçusu Dino Ndlovuya qarşı "Atletiko"nun cərimə meydançasında edilən kobudluğa göz yumaraq, penalti vermək əvəzinə Ağdamı təmsilçisinin üzvünə ikinci sarı vərəqə göstərib və oyundan çıxarıb. 


Digər xəbərlər

Xəbər xətti