Türkiyə Superliqasının 9-cu turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" oyununa hakim təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, matçın baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" görüşü oktyabrın 22-i keçiriləcək.