“Mançester Yunayted”lə ev qarşılaşmasında (0:1) Çempionlar Liqasında ilk oyununu keçirən “Benfika”nın qapıçısı Mile Svilar rekorda imza atıb.
Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində debüt edən belçikalı qolkiper ÇL-də şans qazanan ən gənc qapıçı olub. O, 18 yaş 52 günlüyündə bu turnirdə debüt şərəfinə nail olub.
Svilar bununla, hazırda “Portu”nun şərəfini qoruyan ispaniyalı qapıçı İker Kasilyasın rekordunu qırıb. Belə ki, Kasilyas 1999-cu ildə, 18 yaş 117 günlüyündə “Olimpiakos”la matçda ÇL-də ilk oyununu keçirmişdi.