"Qarabağ" - "Atletiko" matçı altıncı oldu - Azarkeş sayına görə

18:40 19 Oktyabr 2017

“Qarabağ”ın evdə “Atletiko” ilə oyununu stadiondan izləyən azarkeşlərin sayı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçı 47 923 azarkeş izləyib. Bu, “Roma” ilə ötən tur keçirilən görüşdən 20 000 nəfər az deməkdi. “Canavarlar”la Bakıdakı matç 2-ci turun ən çox azarkeş toplayan oyunu idisə dünənki qarşılaşma ilk 5-liyə düşə bilməyib. Madridlilərlə oyun ən çox tamaşaçı toplayan 6-cı görüş olub. İlk yerləri isə bu matçlar tutub:
 
1. “Real” (İspaniya) - “Tottenhem” (İngiltərə) 1:1 - (76589)
2. “Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya) 3:0 - (70000)
3. “Benfika” (Portuqaliya) - “Mançester Yunayted” (İngiltərə) 0:1 - (57684)
4. “Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan) 3:1 - (55026)
5. “Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) 2:1 - (48520) 
 
Maraq üçün bildirək ki, turun ən az azarkeş toplayan görüşü “Monako” – “Beşiktaş” (1:2) görüşü olub. “Stad de Luis ll”-də keçirilən görüşü cəmi 7403 azarkeş izləyib.


Digər xəbərlər

Xəbər xətti