Bədavi Hüseynovun durumuna aydınlıq gəldi

11:52 20 Oktyabr 2017

"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov bir müddət yaşıl meydanlardan kənarda qalacaq. 

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Atletiko" ilə doğma meydanda keçirilən matçın son dəqiqələrində zədə alan futbolçu bu gün tibbi müayinədən keçib. Həkimlərin rəyinə görə, təcrübəli müdafiəçi ən azı 3 həftə oynaya bilməyəcək. 

 

Beləliklə, Hüseynov Azərbaycan Premyer Liqanın bir neçə oyununu və oktyabrın 31-də "Atletiko" ilə səfər matçını buraxmalı olacaq.


Digər xəbərlər

Xəbər xətti