UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” ilə bağlı araşdırmaya başlayıb.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı qitənin ali futbol qurumunun saytı yayıb. Araşdırmaya səbəb, ÇL-in qrup mərhələsi çərçivəsində keçirilmiş “Çelsi” - “Roma” oyununda “canavarlar”ın fanatlarının irqçi şüarlar və mahnı səsləndirməsi olub.
Xatırladaq ki, Londondakı “Stemford Bric” stadionunda keçirilmiş oyun 3:3 hesablı bərabərliklə nəticələnib.