"Sabah"ın ermənipərəst yazarından qalmaqallı üzr - "Qarabağ xalqını üzdümsə..."

15:32 21 Oktyabr 2017

“Sabah” qəzetində “Ezik kareoqrafi” başlığı ilə xəbər yazan jurnalist Mevlüt Tezel üzr istəyib.

 

Sportarena.az xəbər verir ki, Tezel Tvitter hesabındakı paylaşımda səhv anlaşılma üçün üzr istəyərkən narazılığa səbəb olacaq ifadə işlədib. Belə ki, "Qarabağ xalqı" kəlməsi sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub:

 

“Diqqətlə oxusanız, yazımın bu xareoqrafiya haqqında sadəcə əylənci bir fikir olduğunu görərsiniz. Əgər Azərbaycanı və Qarabağ xalqını üzdümsə, üzr istəyirəm”.

 

Müəllifin bir müddət əvvəl tvitter hesabında ermənilər haqqında olan paylaşımından sonra onun bu addımı bilərəkdən etdiyinə şübhə yeri qalmır.

 

 


Digər xəbərlər

Xəbər xətti