UEFA ÇL-də çıxış etmiş klubların gəlirlərini açıqladı

16:25 21 Oktyabr 2017

UEFA ötən mövsümdə Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş klubların gəlirlərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ən çox finala kimi irəliləmiş “Yuventus” qazanıb - 110,434 milyon avro. Ən az qazanan komanda isə “Bazel”di. İsveçrəlilər ÇL-in ötən mövsümündə 16,2 milyon avro qazanıblar.

 

Ötən mövsümdə ÇL-in qrup mərhələsinə vəsiqə qazanmış klubların gəlirləri aşağıdakı kimidi:

 

“Ludoqorets” (18,7 milyon avro), PSJ (55,1), “Arsenal” (64,5), “Bazel” (16,2), “Borussiya” M (26,6), “Barselona” (59,8), “Seltik” (31,7), “Mançester Siti” (50,2), “Atletiko” (60,6), “Bavariya” (54,7), “Rostov” (20,4), PSV (22,9), “Monako” (64,6), “Bayer” (38,5), ÇSKA (17,8), “Tottenhem” (43,2), “Borussiya” D (52,8), “Real” (81), “Sportinq” (18,1), “Legiya” (27,2), “Kopenhagen” (34), “Brügge” (17), “Lester” (81,6), “Portu” (30,7), “Sevilya” (32,8), “Lion” (38,6), “Dinamo” Z (16,9), “Yuventus” (110,434), “Beşiktaş” (33,7), “Dinamo” K (18,6), “Napoli” (66), “Benfika” (28,6).


Digər xəbərlər

Xəbər xətti