Bildiyiniz kimi, "Qarabağ” - "Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib. Türkiyənin ən nüfuzlu qəzetlərindən olan "Sabah” qəzeti "Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunub.
Sportarena.az xəbər verir ki, Mövlud Tezelin öz yazısında A4 formatlı kağızda "Qarabağ” yazan azarkeşləri tənqid və təhqir etməsi fənərbaxçalı azarkeşləri və klub üzvlərini qəzəbləndirib. Türkiyənin "Fənərbaxça” futbol klubunun azarkeşləri sosial şəbəkədəki səhifələrində "Qarabağ”lı azarkeşlərə dəstək nümayiş etdirirərək bu yazıya etiraz ediblər.
"Dünyada gördüyüm ən təmiz, ən məsum, ən saf hislərlə edilmiş bir xoreoqrafiyadır. Bir çox səhifələrdə lağ edilən bu xoreoqrafiya azmış kimi bir də qəzetdə bunu "əzik” kimi qələmə veriblər. Lağ edənlər, alçaldanlar bizdən deyil. Azərbaycan candır”.