Futzal üzrə Yüksək Liqada 3 turdan sonra turnir cədvəlinə “Marafon” başçılıq edir.
Sportarena.az xəbər verir ki, vahid lider olan debütant hər 3 oyunda qələbə qazanmaqla digər rəqiblərindən uzaqlaşmağı bacarıb. Təbii ki, ilk dəfə Yüksək Liqada iştirak edən komandanın vahid liderə çevrilməsində “Araz”ın son turda meydana çıxmamasının da rolu var. Turnir cədvəlinə diqqət yetirsək, qələbə qazana bilməyən yeganə komandanın “Xəmsə” olduğunu görərik.
Bombardirlərin yarışına gəldikdə, Renat Sultanov yenə fərqlənməyi bacarıb və cari mövsümdə vurduğu qolların sayını 6-ya yüksəldib.