MY-də futbolçular arasında gərginlik - AÇIQLAMA

16:33 22 Oktyabr 2017

“Mançester Yunayted”in baş məşqçsi Joze Mourinyo Premyer Liqanın 9-cu turunda “Haddersfild Taun”a məğlubiyyətlə (1:2) bağlı fikirlərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, o, futbolçusu Ander Erreranın “MY”li oyunçuların meydanda bir-birinə qarşı pis münasibət göstərmələri, qələbəyə can atmadıqları barədə söylədiklərinə toxunaraq deyib:
 
“Əgər futbolçu bu fikrə səsləndirirsə, onda mətbuat konfransına da gələrək bu haqda danışmalıdır. Çünki mən özüm baş verənlərə indi geniş izah verə bilmərəm. Məğlubiyyət futbolçular arasındakı münasibətlərə görə olub. Əgər mən uduzuramsa, bunu o halda qəbul edirəm ki, rəqib bizdən güclü olub. Amma sən futbolçuların münasibəti səbəbindən məğlub olursansa, bu, çox pisdir”.


Digər xəbərlər

Xəbər xətti