"Qalatasaray"lılardan "Turqutluspor"lulara qədər - Türkiyəli azarkeşlərdən "Qarabağ"a dəstək - FOTOLAR

10:13 23 Oktyabr 2017

Türkiyənin bir neçə klubunun azarkeşləri “Qarabağ”a dəstək olublar.

 

Sportarena.az xəbər verir ki, qardaş ölkənin yüksək və aşağı liqa klublarından bəzilərinin (“Qalatasaray”, “Bursaspor”, “Trabzonspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Turqutluspor”) fanatları “Sabah” qəzetində “Qarabağ” tərəfdarlarını aşağılyan yazıya etiraz olaraq, doğma komandalarının oyunlarına A4 vərəqlərində Ağdam təmsilçisinin və ya öz klublarının adı yazılmış vərəqlərlə gəliblər. Aşağı liqa təmsilçisi "Turqutluspor" azarkeşləri isə oyunda "Ən kasıb, ən əzik, ən komik qələmlərə inad "Qarabağ" onurumuzdur" yazılmış pankart açıblar. 

 

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutmuş “Qarabağ” - “Atletiko” matçını (0:0) Bakı Olimpiya Stadionundan izləyən “köhlən atlar”ın fanatlarından bir qrupu A4 kağızlarına “Qarabağ” yazaraq onları şəffaf paketə salıb nümayiş etdiriblər. Bu məqamı işıqlandıran “Sabah”ın türkiyəli yazarı Mevlut Tezelin məsələyə yanaşması isə belə olmuşdu: “Futbol tarixinin ən kasıb, ən əzik, ən komik “koreografisi” bu olsa gərək. Olsun, yavaş yavaş onlar da öyrənəcək futbol mədəniyyətini”.

 

Tezel daha sonra bu yazıya görə “Qarabağ” azarkeşlərindən və azərbaycanlılardan üzr istəsə də, türkiyəli azarkeşlər qəzetə və yazara daha bir dərs veriblər.

 

"Bursaspor"

 

"Əskişəhərspor"

 

"Kayserispor"

 

"Qalatasaray"

 

"Trabzonspor"

 

"Turqutluspor"


Digər xəbərlər

Xəbər xətti