Türkiyə superliqasının 9-cu turunda keçirilən “Qalatasaray" - "Fənərbaxça" oyununda xoşagəlməz hallar yaşanıb.
Sportarena, matçın 59-cu dəqiqəsində azarkeşlər yan xətt hakiminə yad əşya atıb. Zərbə Tarıl Onqunun başına dəyib. O, zərbənin təsirindən yerə yıxılıb. Bu səbəbdən oyunda fasilə yaranıb. Görüşün baş hakimi Cüneyt Çakırın verdiyi bəzi qərarlar azarkeşlərin bu addımı atmasına səbəb olub.
Bundan başqa, epizodların birində komandaların ehtiyat oyunçular skamyasındakı futbolçuları bir-birinə hücum edib. Bu vaxt “Qalatasaray"ın baş məşqçisi İqor Tudor və onun "Fənərbağça"lı həmkarı Aykut Kocaman arasında da münaqişə baş verib. Onlar söz savaşına çıxıb. Təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsindən sonra ara sakitləşib.