Gürcüstan millisinin sabiq kapitanı Kaxa Kaladze Tbilisi meri vəzifəsinə seçkilərdə qalib gəlib.
Sportarena.az xəbər verir ki, xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Tbilisidə 737 seçki məntəqəsi üzrə səslərin hesablanmasından sonra Kaladze 51,06 faiz səs toplayıb.
Qeyd edək ki, keçmiş müdafiəçi karyerası ərzində Tbilisi və Kiyevin “Dinamo”, İtaliyanın "Milan" və "Cenoa" klublarında çıxış edib. Kaladze "Milan"da çıxış edərkən Çempionlar Liqası (iki dəfə) da daxil olmaqla bütün mümkün turnirlərin qalibi olmağı bacarıb. O, ölkəsində və Ukraynada da ölkə çempionatının və kubokunun qızıl medallarına yiyələnib. Siyasi karyerasına Gürcü Arzusu Partiyasında başlayan Kaladze 2012-ci ildə Gürcüstanın Energetika naziri təyin edilib.