Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şəbnəm Karslı “Sabah” qəzetinin saytının baş redaktoru İsa Tatlicanın dəvəti ilə media qurumunun inzibati binasında olub.
Sportarena.az xəbər verir ki, görüş zamanı İsa bəy həm qəzetin, həm də yazarları Mevlut Tezelin qərəzli olmadığını bildirib və məlum yazıya görə bir daha Azərbaycan xalqından üzr istəyib.
Şəbnəm Karslı qalmaqallı yazının müəllifi Mevlut Tezellə də görüşüb. Görüş zamanı Tezel də Azərbaycanın Ermənistanla apardığı haqlı mübarizəsini dəstəklədiyini və xalqımızı çox sevdiyini bildirib. O, bir daha Azərbaycan xalqından və “Qarabağ” azarkeşlərindən üzr istəyib.