“Everton” baş məşqçisi Ronald Kumanı istefaya göndərib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
54 yaşlı hollandiyalı mütəxəssis 2016-cı ildən “Everton”da baş məşqçilik edirdi. Ötən mövsüm klub İngiltərə Premyer Liqasında 7-ci yeri tutub. Bu mövsüm isə transferlərə yaxşı pul xərclənməyinə baxmayaraq, komanda turnir cədvəlində təhlükəli zonada - 18-ci sırada qərarlaşıb.