Almaniya Futbol İttifaqının İntizam Komitəsi “Erzgebirge”nin futbolçusu Dimitri Nazarovu cəzalandırıb.
Sportarena.az xəbər verir ki, buna millimizin yarımmüdafiəçisinin Almaniya 2-ci Bundesliqasında 11-ci turunda “Yan Regensburq” qarşı matçın 20-ci dəqiqəsində topu bilərkdən rəqib futbolçusunun üzünə vurduğu üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.
Buna görə İntizam Komitəsi D.Nazarovu 3 oyunluq cəzalandırıb. Bundan başqa, klub 3 min avro məbləğində cərimələnib.