“Everton” rəhbərliyinin baş məşqçi Ronald Kumanı istefaya göndərdiyini məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, İngiltərə təmsilçisini bundan sonra kimin çalışdıracağı məlum olub. Liverpul komandasının “sükan”ı müvəqqəti olaraq 44 yaşlı Devid Ansvorsa tapşırılıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Ansvors bundan əvvəl klubun 23 yaşadək futbolçulardan ibarət komandasını çalışdırıb.