"Yuventus”un baş məşqçisi Massimiliano Alleqri ilə komandanın hücumçusu Paulo Dibala arasında problemlərin olduğu barədə söz-söhbət yayılıb.
Sportarena.az xəbər verir ki, Dibalanın “Udineze” ilə oyunda əvəzlənərkən Alleqrini söydüyü barədə mətbuatda məlumat yayılmışdı. Baş məşqçi bu məsələyə münasibət bildirib:
“Bizim aramızda heç bir problem yoxdu. “Udineze” ilə qarşılaşmada mənə əks-hüçumlarda oynaya bilən futbolçu lazım idi. Əvəzetmə sırf məşqçi qərarına bağlıdı. Bizim hücumçular həmişə qol vururlar və vurmaqda da davam edəcəklər. Hər bir hücumçunun 3-4 oyun dalbadal qol vurmadığı dövr olur. Ən əsası odu ki, öz manerana uyğun oynamağa davam edəsən”.