Almaniyanın Bundesliqa rəhbərliyi yerli oyunçulara daha çox şans verilməsi üçün maraqlı addım atıb.
Sportarena.az xəbər verir ki, liqa rəhbərliyinin qərarına əsasən, yayım gəlirlərinin 17 milyon avroluq hissəsi daha çox yerli futbolçuya şans verən klublar arasında bölünəcək. Bu barədə məlumatı Bundesliqanın mətbuat xidməti yayıb.
Belə ki, U-23 və yerli futbolçulara daha çox şans verən klublar, bu gəlirlərdən daha çox pay sahibi olacaq. Ancaq bu zaman yalnız oyunun 90 dəqiqəlik əsas hissəsi nəzərə alınacaq.