Rüfət Dadaşov: "Yığmaya çağırıldığımı eşidəndə çox təəccüblənmişdim"

12:15 26 Oktyabr 2017

"Azərbaycan millisində 2013-cü ildə debüt etmişdim. Bu, əla dövr idi".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov Almaniya mətbuatına açıqlamasında bildirib. Bu ölkənin IV Regional liqasının Şimal-Şərq divizionu təmsilçisi Berlin "Dinamo"sunda çıxış edən 26 yaşlı hücumçu "Kayzerslautern" ikinci komandasında oynayarkən millimizə dəvət alıb:

 

"Yığmaya çağırıldığımı eşidəndə çox təəccüblənmişdim. Baş məşqçi Foqts məni əvvəlcə təlim-məşq toplanışına çağırdı, sonra isə növbəti oyunda start heyətdə meydana buraxdı".

 

Rüfətin fikrincə, üçün ən önəmli görüş AVRO-2016-nın seçmə mərhələsində İtaliya yığması ilə matçda əfsanəvi qapıçı Canluici Buffona qarşı oynaması olub:

 

"Bu, inanılmaz hiss idi. Hər şey heç də televiziyaya baxdığın kimi deyildi. Matçdan sonra Buffondan formasını da almışdım. Ancaq bu, yığmadakı son oyunlarımdan biri idi".

 

Xatırladaq ki, hazırda Rüfətin kiçik qardaşı Renat Dadaşov millimizə çağırılır.


Digər xəbərlər

Xəbər xətti