Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Bakıya dönüb.
Sportarena.az xəbər verir ki, bu barədə "Report”a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib. O, bildirib ki, 48 yaşlı xorvatiyalı mütəxəssis hazırda qurumun inzibati binasındadır. M.Nərimanoğlunun sözlərinə görə, AFFA-nın baş katibi Elxan Məmmədov yaxın günlərdə onunla görüşəcək.
R.Prosineçkinin yığmanın 2018-ci il dünya çempionatının seçmə mərələsindəki çıxışına dair hesabatı dinlənildikdən sonra onunla müqavilənin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə 3 illik müqaviləsinin müddəti dekabr ayında başa çatır. Azərbaycan millisi son tskildə rekord miqdarda - 10 xal toplasa da, qrupda 5-ci yeri tutub.