Rusiya AÇ-2020-nin açılış oyununun Sankt-Peterburqda keçirilməsini istəyir.
Sportarena.az xəbər verir ki, bununla bağlı Rusiya Futbol İttifaqı UEFA-ya müraciət edib. Bu barədə məlumatı ittifaqın prezidenti Vitali Mutko verib:
“Biz Avropa çempionatının açılış oyununun Sankt-Peterburqda keçirilməsi üçün ərizəylə müraciət etmişik. Hər cür şərait yaratmağa hazırıq. Stadionumuz dünyadakı ən yaxşı arenalardan biridi”.
AÇ-2020-yə Avropanın 13 şəhəri, o cümlədən Bakı da ev sahibliyi edəcək.