Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 11-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Nasional”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Nəsirov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Futbolçumuz 30-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
"Sportinq" hazırda 14 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.