Kasilyas Premyer Liqa yolunda

17:22 26 Oktyabr 2017

“Portu”nun qapıçısı İker Kasilyas karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı qolkiperin xidmətində Premyer Liqa təmsilçisi “Liverpul” maraqlıdı. Bu barədə məlumatı “Liverpool Echo” yayıb. Qapıçı cəhətdən problem yaşayan mersisaydlıların bu problemi İspaniya millisinin qapıçısı ilə həll etməyi planlaşdırıdığı qeyd edilib. “Portu” da maliyyə məsələlərinə görə Kasilyası göndərməyin əleyhinə deyil.

 

Xatırladaq ki, qolkiper 2015-ci ildən “əjdahalar”ın uğurları üçün çalışır.


Digər xəbərlər

Xəbər xətti