İlin sonuna qədər Azərbaycan millisinə yeni baş məşqçi təyin olunacaq.
Sportarena.az xəbər verir ki, bu barədə Qol.az-a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, gələn ilin fevral-mart aylarında millinin təlim-məşq toplanışı nəzərdə tutulub: “Buna görə də ilin sonuna qədər bu məsələ həllini tapmalıdır”.
E.Məmmədov millinin baş məşqçisinin yerli və ya əcnəbi mütəxəssis olacağı ilə bağlı deyib: “Bu məsələ İcraiyyə Komitəsində müzakirə edildikdən sonra katiblik fəaliyyətə başlayacaq”.
Xatırladaq ki, bu gün AFFA millinin baş məşqçisi Robert Prosineçki ilə yolları ayırmaqla bağlı qərar verib.