Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante zədədən sonra heyətə dönməyə hazırdır.
Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Antonio Konte İngiltərə mətbuatına açıqlamasında Kantenin zədəsini sağaldığını deyib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının növbəti turunda “Bournemouth”la qarşılaşacaq londonluların heyətində Kantenin meydana çıxıb-çıxmayacağı bilinmir.