“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi”nin müdafiəçisi Markos Alonso qitənin ən nüfuzlu klub turnirindəki şansları barədə danışıb.
Sportarena.az xəbər verir ki, ispan futbolçu ölkəsinin mətbuatına açıqlamasında həmyerliləri “Atletiko”nun Bakıda “Qarabağ”la oyununa da toxunub. O, “hindular”ın bu nəticəylə işini çətinə saldığını deyib:
“Birinci olmaq gözəldi. Son illər uğurlu nəticələr qazanan “Atletiko” ilə səfər oyununda yaxşı təsir bağışladıq. Bu oyunumuz mövsümün qalan hissəsində bizə nümunə olmalıdı. “Atletiko” “Qarabağ”la heç-heçə etməklə işini çox çətinləşdirdi. Həmin oyundakı nəticəni onlara yaraşdırmadım. Bu komandaya qarşı sevgim var. Ancaq hazırda düşündüyüm tək şey, “Roma”nı məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanmaqdı”.
Qeyd edək ki, hazırda qrupda “Çelsi” 7 xalla liderdi. “Atletiko” isə 2 xalla 3-cü pillədə qərarlaşıb.