İngiltərə Premyer Liqa təmsilçisi “Tottenhem” ciddi itkiylə üzləşib.
Sportarena.az xəbər verir ki, hotspurluların hücumçusu Harri Keyn sıradan çıxıb. “Liverpul”a qarşı ötən tur baş tutmuş ev görüşündə zədələnən hücumçu, növbəti turda “Mançester Yunayted”ə qarşı səfər matçında meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Mançester Yunayted" - "Tottenhem" oyunu sabah saat 15:30-da başlayacaq.