Bolqarıstanda Meqa Liqa adlı turnir təşkil oluna bilər.
Sportarena.az xəbər verir ki, bu barədə “dnevnik.bg” saytı məlumat yayıb. Balkan və başqa bir neçə ölkənin klublarının iştirakı ilə liqa yaradılması nəzərdə tutulur.
Meqa Liqada Bolqarıstan, Rumıniya, Serbiya, Xorvatiya, Yunanıstan, Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Kosova, İsrail, Sloveniya, Azərbaycan, Gürcüstan və Ermənistan klublarının oynayacağı düşünülür.
Liqanın yaradılmasına səbəb bu ölkələrdə futbolun maliyyə durumuna yaxşı təsir etməkdi. Həm azarkeşlərdən, həm də televiziya yayımından normal gəlir əldə etmək olar. Plana görə, liqa 2019/2020-ci il mövsümündən başlayacaq. Təşkilatçılar turnirin yayım hüququndan 200 milyon avro gəlir götürməyi düşünür.
Liqanın potensial iştirakçıları arasında Bakının “Neftçi” klubu da göstərilib.