“Fənərbaxça”nın qapıçısı Volkan Dəmirılin həyat yoldaşı Zeynəb Dəmirəl "İnstaqram" hesabında ailə fotosunu paylaşıb.
Sportarena.az xəbər verir ki, o, iki qızı və ərinin şəklinə yazdığı şərhdə təcrübəli futbolçuya atalığın yaraşdığını bildirib:
“Bir idik, dörd olduq. Vaxt necə keçdi bilmirəm. Bildiyim bir şey var, o da atalığın sənə yaraşdığıdır”.
Qeyd edək ki, 7 ildir evli olan cütlüyün 2 qızı var.