Roman Qriqorçuk: "Hakim penaltimizi vermədi"

19:33 28 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Zirə”yə 1:2 hesabıyla uduzan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun oyundan sonra mətbuat konfransı təşkil edilib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis birbaşa sualları cavablandırıb:

 

- Niyə 10 nəfərlə oynayan “Qəbələ” 11 nəfərlə çıxış edən “Qəbələ”dən daha yaxşı çıxış etdi?
- Xal itirdiyimizə görə təəssüf edirəm. Birinci hissədə oynadığımız futbol bizim üçün dərs oldu. Gələcəkdə bundan dərs çıxaracağıq. “Qarabağ” üzərində qələbədən sonra tempi qoruyub saxlamalı idik. Ancaq olmadı.

 

- Hakimlik barədə nə deyə bilərsiz?
- Təəssüf edirəm ki, bu gün çox böyük hörmət etdiyim hakim bu cür oyun idarə etdi. Bir penaltimizi vermədi.

 

- Bəs Cavid Hüseynov barədə nə deyə bilərsiz? Kapitan olsa da, hesabda geridə olduğunuz zaman qırmızı vərəqə alaraq, komandanı çətin vəziyyətdə qoydu.
- Əlbəttə, yaxşı hal deyil. O, həm də kapitandı. Bu cür hallara yol verməməlidi. Mən Cavidi çox sevirəm. Ancaq onunla bu barədə söhbət edəcəm. Ümid edirəm ki, gələcəkdə bu cür hallar yaşanmayacaq.

 

- Hakimlikdən şikayət edirsiz. Təkcə problem hakimliklə bağlı idimi? Nəzərə alaq ki, “Qarabağ”la ev oyununda da sizin vurduğunuz qolda ofsayd şübhəsi var idi...
- Ofsayd adlandırdığınız epizodla bağlı sizinlə mübahisə etməyəcəm. Bu barədə hərəmizin öz fikri var. Bu gün isə Farizin idarəçiliyi məni doğrudan, təəssüfləndirdi.

 

- Azərbaycan millisinin baş məşqçisi olacağınızla bağlı iddialar var. Bu barədə nə deyə bilərsiz? Belə təklif olsa, razılaşarsız?
- İndi nə isə deyib, fikirləri qarışdırmaq istəmirəm. Məncə, mənim bu barədə fikir bildirməyim hörmətsizlik olar. Buna görə, bu barədə şərh verməyəcəm.

 

- İlk hissədə Dabonun oyunundan narazı qaldığınız görünürdü. Fasilədən sonra dərhal 3 əvəzetməyə əl atsaz da, onu meydanda saxladız. 
- Düzdü, Dabo birinci hissədə müəyyən səhvlər etdi. Məncə, psixoloji cəhətdən hazır deyildi. İlk dəqiqələrdə vurduğu top dirəkdən döndü. Məncə, bu epizod qolla nəticələnsəydi, o, tam fərqli ola bilərdi.


Digər xəbərlər

Xəbər xətti