Futbol üzrə Kipr çempionatında 10-cu turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Omoniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Araz bu görüşün iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Geridə qalan turlarda 20 xal toplamış Famaqusta təmsilçisi növbəti xal itkisi nəticəsində zirvəni Larnaka AEK-inə təhvil verib.