“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko”ya qarşı keçirəcəyi oyunun hakimləri məlum olub.
Sportarena.az xəbər verir ki, Madriddəki matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Deniz Aytekin olacaq. Türk əsilli referiyə Quide Kleveylə Markus Heker kömək edəcəklər.
Qeyd edək ki, “Atletiko” - “Qarabağ” matçı oktyabrın 31-də Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Çempionlar Liqası, qrup mərhələsi: C qrupu, 4-cü tur
31 oktyabr
23:45 Atletiko (Madrid) - Qarabağ
Baş hakim: Deniz Aytekin
Yan xətt hakimləri: Quide Kleve, Markus Heker
Əlavə köməkçi hakimlər: Daniel Sibert, Benjamin Brand
Ehtiyat hakim: Eduard Beytinqer (hamısı Almaniya)
UEFA nümayəndəsi: Duşko Qrabovaç (Xorvatiya)
Hakim inspektor: Vitor Manuel Melo Pereyra (Portuqaliya)