Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun və U-19 millimizin üzvü Murad Mahmudovun formasını geyindiyi Frankfurt təmsilçisi 10-cu tur çərçivəsində doğma meydanda “Nürnberq”lə qarşılaşıb. Dörd qolun vurulduğu oyunda futbolçularımızın komandası inamlı qələbəyə sevinib - 4:0.
Futbolçularımız da bu matçın iştirakçısı olublar. Onların hər ikisi meydana start heyətdə çıxıb və sonadək oynayıblar. Mahmudov komandasının qələbəsində də xüsusi pay sahibi olub. O, 31-ci dəqiqədə “Ayntraxt”ın ikinci, 61-də isə sonuncu qoluna imza atıb.
“Ayntraxt” hazırda 14 xalla 14 klub arasında 5-ci pillədə qərarlaşıb.