Futbol üzrə Albaniya çempionatında 8-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Vlajniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Rauf meydana start heyətdə çıxıb. O, 69-cu dəqiqədə sarı vərəqə də alıb.
“Kukesi” geridə qalan turlarda 17 xal toplayıb və 10 komanda arasında ikinci pillədə qərarlaşıb.