FİFA yoldaşlıq görüşlərini ləğv edir - Dünya Liqası yaradılır

17:34 30 Oktyabr 2017

FİFA yoldaşlıq oyunları ilə bağlı dəyişiklik etməyi planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, FİFA yoldaşlıq oyunlarını Dünya Liqası ilə əvəzləmək niyyətindədi. Məlumata görə, turnir bütün ilboyu keçiriləcək. Komandalar FİFA-nın reytinq siyahısına əsasən, 3 diviziona bölünəcəklər. FİFA bu dəyişikliklə yoldaşlıq görüşlərini populyarlaşdırmağı nəzərdə tutur.

 

FİFA-nın Dünya Liqası UEFA-nın Millətlər Liqasının oxşarı olcaq. Bu liqanın yaradılması Braziliya və Argentinanın narazılığına səbəb olmuşdu. Bu ölkələr Avropa komandaları ilə yoldaşlıq görüşləri keçirməyin çətin olacağından narahatdılar.

 

Dünya Liqasında ilk görüşlərin 2019-cu ildə keçirilməsi nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti