Simeone: "Bakıdakı oyun artıq geridə qalıb"

23:47 30 Oktyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oyunöncəsi mətbuat konfransı təşkil edilib.

 

Sportarena.az xəbər verir ki, argentinalı mütəxəssis birbaşa sualları cavablandırıb:

 

- Bakıdakı oyundan öncə komandada özünəinam daha çox idi, yoxsa indi?
- Bakıdakı oyun artıq geridə qalıb. Hazırda yalnız sabahkı matça köklənmişik.

 

- Bu gün “Visente Kalderon”da məşq keçdiz. Bu, necə hiss idi?
- Bu, xüsusi bir hiss idi. Orda məşq etmək bizim üçün çox xoş oldu.

 

- İlk oyundan sonra Qarabağ, bu bölgənin tarixi barədə məlumatınız olmadığını demişdiz. Bakıdakı matçdan sonra bu barədə məlumat almısız?
- Yox.

 

- Sizə qarşı olan tənqidləri qəbul edirsiz?
- Məşqçi olaraq əsas məsuliyyət mənim üzərimə düşür. Ancaq “Çelsi” ilə matçın yalnız son dəqiqələrində qol buraxdıq. “Roma” ilə matçda da yaxşı oynamışdıq. Yalnız “Qarabağ”la qarşılaşmada zəif təsir bağışladıq. Ümumiyyətlə, bu vəziyyəti dəyişəcəyimizə inanıram.

 

- 14 oyunun yalnız 1-də məğlub olmusuz…
- Hər oyunda qalib gəlmək lazımdı. Narahatlıq olmasaydı, bu, normal olmazdı,

 

- Antuan Qrizmann son vaxtlar qol vurmaqda çətinlik çəkir. Sizcə, “Atletiko”nun hazırda düşdüyü vəziyyət bununla bağlı ola bilərmi?
- Tənqidləri qəbul edirik. Bu, normaldı.

 

- Son illərdə azarkeşləri pis öyrətmisiz. İki dəfə ÇL-də final oynamısız. Sabahkı matçda qalib gəlməsəz, bu, sizin üçün pis nəticələnə bilər? 
- Sabahkı oyun hamımız üçün vacibdi. Qalib gəlməli olduğumuzu bilirik. Ona görə, sabahkı oyunda yalnız qələbəyə köklənmişik.

 

- Maraqlıdı, bu gün niyə burda yox, “Visente Kalderon”da məşq etməyə üstünlük verdiz. 
- Məşqçilərlə belə qərara gəldik ki, “Visente Kalderon”da məşq etmək daha yaxşı olar. Xüsusi bir səbəbi yoxdu.


Digər xəbərlər

Xəbər xətti