Qabi: "Sabah hər şey tam fərqli olacaq"

03:16 31 Oktyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək İspaniyanın “Atletiko” klubunun futbolçusu Qabi oyunöncəsi mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, ispan futbolçu öncə matçla bağlı fikirlərini bildirib:

 

- Sabah Bakıdakından fərqli “Atletiko” görəcəyik?
- Başqa nəticə gözləyirik. İlk oyunda “Qarabağ” bütün gücünü ortaya qoydu. Yaxşı oyun sərgilədi. Sabah isə tam fərqli olacağını düşünürəm.

 

- “Qarabağ”ın demək olar, bütün mövqelərdə itkiləri var. Bu, sizin üçün nəyisə dəyişir?
- Əlbəttə, yox. “Qarabağ”ın meydana hansı heyətlə çıxacağını bilmirik. Ancaq bu, bizim üçün heç nəyi dəyişməyəcək. Eyni əzmkarlıqla bu oyuna çıxacağıq.

 

- İki dəfə ÇL finalı oynasaz da, sabah qalib gəlməyəəcyiniz təqdirdə, növbəti mərhələyə adlamaya bilərsiz. Sabahkı qarşılaşmanı sizin üçün ən vacib oyun adlandırmaq olar?
- Əlbəttə, ən vacib oyun deyil. Bundan da vacib oyunlar keçirmişik. Ancaq sabah qalib gəlmək üçün var qüvvəmizi ortaya qoyacağıq.

 

- Son oyunlarda qalib gəlmədiyinizə görə geniş tənqidlərə məruz qalırsız. Bu barədə nə deyə bilərsiz?
- Tənqidləri qəbul edirik. Bütün gücümüzü bu vəziyyəti dəyişmək üçün istifadə edəcəyik.

 

- Bu gün burada yox, köhnə stadionda məşq etdiz. Bunun sizin üçün bir fərqi oldumu? Sabahkı oyundan nə gözləyirsiz?
- “Visente Kalderon”a qayıtmaq xüsusi bir hissdi. Ancaq “Vanda Metropolitano” stadionunda da yaxşı nəticələr qazanmalıyıq. Vaxtilə “Visente Kalderon”da da pis nəticələrimiz olmuşdu. Çalışıb, burda da yaxşı nəticələr qazanmağa başlamalıyıq.

 

- “Elçe” ilə oyundan sonra komanda ilə bağlı neqativ fikirlər səsləndirildi…
- Hərənin öz fikri var. Son oyunların ardından tənqidlər normaldı. Biz isə çalışırıq ki, bu vəziyyəti düzəldək.

 

- Ötən illə müqayisədə nəticələr bir xeyli aşağıdı. Bunu oyunçu çatışmazlığı ilə bağlamaq olar? 
- Ötən illə müqayisədə xal fərqi o qədər də çox deyil. “Çelsi” ilə matçın son dəqiqələrində qol buraxdıq. “Roma” ilə matçda isə üstün tərəf idik. Yalnız “Qarabağ”la qarşılaşmada yaxşı oynamamışdıq.


Digər xəbərlər

Xəbər xətti