Futbol üzrə Türkiyə Super Liqasının 10-cu turunun son matçında bu gün "Fənərbaxça” doğma meydanda "Kayserispor”la qarşılaşıb.
Sportarena.az xəbər verir ki, İstanbuldakı "Şükrü Saracoğlu” stadionunda keçirilən bu qarşılaşmada "Fənərbaxça” azarkeşləri tərəfindən Azərbaycana və Qarabağa dəstək nümayiş etdirilib. Belə ki, tribunalardan birində "Qarabağ, könlümüzdəsən” sözləri yazılmış böyük pankart açılıb.
Qeyd edək ki, sözügedən matç 3:3 hesabı ilə başa çatıb.