"Biz evdə daha təhlükəli oluruq. Çətin oyun olacaq. İrəli getmək istəyirik, lakin bunun çətin olacağını bilirik”.
Sportarena, bu sözləri "Qarabağ”ın futbolçusu Dani Kintana Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda "Atletiko" ilə səfər oyunu öncəsi "Cadenaser" radiosuna açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda yaxşı yaşayır:
"Azərbaycanda çox yaxşı yaşayırıq. Polşalı həyat yoldaşımla birlikdəyəm. Bakıdakı mühit futboldan kənar həyat tərzi sürməyimizə kömək olur. Bakıda bizə kral kimi yanaşmasalar da, hər şey çox yaxşıdır. Küçədə problemsiz gəzirik".