"Qarabağ"ın gənclərindən tarixi qələbə - YENİLƏNİB

19:58 31 Oktyabr 2017

Bu gün UEFA Gənclər Liqasında növbəti oyunlar keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandası da bu gün növbəti oyununa çıxacaq. Ağdam təmsilçisinin gəncləri Madriddə “Atletiko”dan olan həmyaşıdları ilə üz-üzə gələcəklər.

 

Bu komandalar arasında keçirilmiş ilk oyun ispanların böyük hesablı qələbəsi ilə nəticələnnmişdi - 5:1. Ümumiyyətlə, “köhlən atlar” qrupda bundan öncə keçirdiyi oyunlarda səfərdə “Çelsi”yə 0:5, evdə isə “Roma”ya uduzmuşdu - 0:3.

 

Görüş Bakı vaxtıyla saat 18:00-da, Madrid yaxınlığında yerləşən Majadahondada keçiriləcək.

 

UEFA Gənclər Liqası

31 oktyabr

18:00 Atletiko (İspaniya) - Qarabağ (Azərbaycan) 0-1 
Baş hakim: Stefan Klossner
Köməkçi hakimlər: Remi Zqraqqen, Efe Kurnazca (hamısı İsveçrə) 
Dördüncü hakim: Valentin Qomes (İspaniya) 
UEFA nümayəndəsi: Neyl Morro (Şinali İrlandiya) 
Hakim-inspektor: Manuel Dias Veqa (İspaniya) 
İspaniya. Majadahonda


Digər xəbərlər

Xəbər xətti